IT Team tərəfindən göndərildi | İyul 10, 0010

Ağdam Qəhrəmanları 5-ci hissə

Rövşən Şamil oğlu Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, 1985-ci ildə orta məktəbi bitirərək BDU-nin fizika-riyaziyyat fakultəsinə daxil olmuşdur.1985-87-ci illərdə hərbi xidmətdə olmuşdu.1992-ci ildə BDU-nun sonuncu kurs tələbəsi olan R.Hüseynov “Xocalı faciəsi” baş verdikdə bu dərdə dözə bilməyərək 20 nəfər tələbə dostları ilə tağım komandirliyi ixtisasına yiyələnmək üçün Ali Ümumqoşun komandirlər məktəbinə üz tutdular.”Bakılı tələbələr” adladırılan tağım Goranboy cəbhəsinə göndərildi, Rövşən Hüseynov komandir təyin edildi.Rövşən Hüseynov düşmənə qarşı keçirilən döyüşlərdə fədəkarcasına döyüşmüş düşmənin texnika və canlı qüvvələrini məhv etmişdi.11 may 1992-ci ildə qəhrəmancasına həlak olmuşdu.14 may diplom işinin müdafiəsi qəhrəman döyüşçüyə qismət olmadı.Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.  Davamını oxu…

Advertisements

« Newer Posts

Kateqoriyalar