IT Team tərəfindən göndərildi | İyul 15, 2010

Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr

Erməni işğalı nəticəsində rayonun ərazisində movcud olan coxlu sayda tarixi, mədəni və dini abidələr vəhşicəsinə dağıdılmışdır. Rayonun Xacındərbənd kəndindəki 1314-cu ildə tikilmiş Qutlu Sarı Musa oğlu Kumbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Turbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid Kumbəz və Məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cumlədən Xan qızı Natəvanın və onun oğlunun Turbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.

Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdılmışdır.

Advertisements
IT Team tərəfindən göndərildi | İyul 15, 2010

Sənaye sahələri

Ət kombinatı
Konserv zavodu
Şərab zavodu
Barama toxumu zavodu
Xalça fabriki
Mexanikləşdirilmiş çörək zavodu
Avtomaşınlara texniki xidmət stansiyası
Məişət xidməti kombinatı
Elektrik şəbəkəsi müəssisəsi
Təhsil müəssisələri:
Kənd təsərrüfatı texnikumu
Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu
Musiqi və tibb texniki peşə məktəbləri
7 orta məktəb, 1 səkkizillik məktəb
5 məktəbdənkənar uşaq müəssisəsi
1 uşaq bağçası
4 körpə evi
Mədəniyyət və tibb müəssisələri:
Ə.B. Haqverdiyev adına dövlət dram teatrı
Ölkəşünaslıq muzeyi
3 kitabxana
Mədəniyyət evi
Kinoteatr
Xanoğlu türəbsi (17-ci əsr)
Qarabağ xanı Pənahəli xanın imarəti (18-ci əsr)
8 xəstəxana
IT Team tərəfindən göndərildi | İyul 10, 2010

Ağdam Qəhrəmanları 1-ci hissə

Şirin Vəli oğlu Mirzəyev 05 may 1947-ci ildə Xankəndində anadan olmuş, 1965-ci ildə 4 saylı orta məktəbi bitirmişdir.1966-cı ildə hərbi xidmətə çağrılmış , 1967-ci ildə oaradan SSRİ DİN-in Ali Siyasi Məktəbinə göndərilmiş və 1971-ci ildə məktəbi bitirdikdən sonra 20 il müxtəlif hissələrdə qulluq etmişdir.1991-ci ildə polkovnik-leytenant Şirin Mirzəyev Vətənimizin ağır günündə azğın ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyərək ətrafına qeyrətli oğullarımızı toplayaraq Ağdam ərazi özünümüdafiə alayını yaratdı.Qısa vaxtda 836 saylı alayın ilk taburu nəink formalaşdırıldı, hətta döyüş müydanında şücaətlər göstərdi.18 iyun 1992-ci ildə Şirin Mirzəyev Xankəndinə gedəcək qələbə yolu hesab etdiyi Xaçın qəsəbəsində yerləşən taburun qərərgahından Əliağalı kəndindəki postlara qədər olan beş kilometrlik yolda minaya düşərək həlak olmuşdu.Xalqın qəhrəman oğlu polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev ən yüksək ada -Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

Davamını oxu…

IT Team tərəfindən göndərildi | İyul 10, 2010

Ağdam Qəhrəmanları 2-ci hissə

İxtiyar Qasım oğlu Qasımov 22 mart 1970 –ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olmuş, 1988-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirmiş, daha sonra Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnistitunun aqronomluq fakultəsinə daxil olmuşdu.Döyüş yolu Papravənd kəndində yaradılmış özünümüdafiə dəstəsindən başlayan İ.Qasımovun igidliyinin , mərdliyinin sorağı hər yana yayılmışdı.Milli ordumuzun 15 kilometrə qədər irəliləməsində , neçə-neçə kəndlərimizin düşməndən təmizlənməsində , erməni yaraqlılarının əsir götürülməsində göstərmiş olduğu qəhrəmanlıq və digər sayagəlməz xidmətləri yüksək qiymətləndirərək , 9 dekabr 1992-ci ildə ölkə Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhramanı adına layiq görülmüşdür.  Davamını oxu…

IT Team tərəfindən göndərildi | İyul 10, 2010

Ağdam Qəhrəmanları 3-cü hissə

Nadir Alış oğlu Əliyev 30 iyun 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndinin Kolanı obasında dünyaya gəlmiş, 1981-ci ildə Bakı Poltexnik Texnikumunu bitirmiş və elə həmin ildə BDU-nin hüquq fakultəsinə daxil olmuşdu.Hərbi xidmətdə olarkən təhsilini dayandırmadan 1986-cı ildə SSRİ DTK-nin ali məktəbinə qəbul olmuş və 1991-ci ildə həmin məktəbi, 1993-cü ildə isə hüquq fakultəsini bitirmişdi.Erməni vəhşiliklərindən hiddətə gəlmiş Nadir Əliyev leytenant rütbəsi ilə MTN-nin Ağdam –Ağcabədi şöbəsində xidmət edir.Nadir Əliyev gecələr kəşfiyyata çıxır , ermənilərin məntəqələrinin yerini dəqiqləşdirir lazımı yerlərə məlumat verirdi.Leytenant Nadir Əliyev 836 saylı Ağdam ərazi özünmüdafiə alayının komandiri Şirin Mirzəyevlə çiyin-çiyinə verərək hücum əməliyytaları hazırlayır və əməliyyatın uğurla keçirilməsində var qüvvəsini əsirgəmirdi.İyulun 22-də düşmən Qiyaslı kəndi istiqamətindən Ağdama hücuma keçdi vətənin igid oğlu baş leytenant Nadir Əliyev döyüşdə sinəsindən üç güllə yarası alaraq həlak oldu.Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.  Davamını oxu…

IT Team tərəfindən göndərildi | İyul 10, 2010

Ağdam Qəhrəmanları 4-cü hissə

Muxtar Cahid oğlu Qasımov 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində müəllim ailəində anadan olmuşdur.1963-cü ildə Qasımovlar ailəsi öz ata-baba yurdları Ağdam rayonuna qayıtmışlar.1974-cü ildə orta məktəbi bitirmiş, 1975-ci ildə ATİ-na qəbul olunmuş, 1981-ci ildə institutu bitirərək DQMV gələrək Xankəndində Təcili Yardım Stansiyasında həkimlik fəaliyyətinə başlamışdır.1988-ci ilin fevralında ermənilər iğtişaşlar törətdikdən sonra Ağdam RMX-na gələrək reanimasiya şöbəsində həkim işləmişdir.Ermənilərin təcavüzünə dözməyərək 1992-ci ilin Xocalı faciəsindən sonra Ağdam Hərbi Səhra Cərrahiyə Hospitalına gələrək əsgərlərimizə tibbi xidmət göstərmək arzusunda olduğunu bildirmişdir.Döyüş zamanı yaralanan əsgərlərimizə daha çevik və operativ tibbi xidmət göstərmək məqsədilə Muxtar Qasımov ön cəbhədə olur və bunun nəticəsində neçə-neçə döyüşçülərimizi ölümün pəncəsindən xilas edərək həyata qaytarmış , daim döyüş ruhunun yüksəldilməsinə çalşmışdır..Lakin iyun ayının 16-da düşmən gülləsinə tuş gələrək həlak olmuşdu.Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.  Davamını oxu…

« Newer Posts - Older Posts »

Kateqoriyalar