My Aghdam - My Azerbaijan

Televiziya, radio, qəzet və digər kutləvi informasiya vasitələri haqqındada məlumat

Advertisements

«Ağdam» qəzetinin ilk nömrəsi 1930-cu ildə Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin redaktorluğu ilə işıq üzü görmüşdür. Sonralar ayrı-ayrı illərdə Cəlil Göyçayevin, Kübra Əliyevanın, Yusif Yusifovun, Rasim Quliyevin, Süleyman Zeynalovun, Surxay Cəfərovun, Əhməd Qasımovun,  Müseyib Qurbanovun, Sabir Niyazovun, Bəbir Hüseynovun və hal-hazırda Baxşeyiş Hətəmovun redaktorluğu ilə nəşr olunan «Ağdam» qəzeti 75 illik nəşr tarixində əvvəlcə «Kolxoz sədası», «Kolxozçu», 1934-cü ildən 1990-cı ilə kimi «Lenin yolu», 1990-cı ildən isə «Ağdam» adı ilə nəşr olunur.


«Ağdam» qəzetinin redaksiyası 1993-cü ilin iyulundan Ağdam şəhərinin işğalından sonra əvvəlcə Mingəçevir, sonra Bərdə şəhərində, indi isə Ağdam rayonunun Quzanlı kəndində yerləşir.
Qəzet ayda iki dəfə 500 tirajla çap olunur. Qəzetin iki əməkdaşı vardır. Qəzet ictimai-siyasi qəzetdir.
Təsisçisi Ağdam rayon İcra Hakimiyyəti Aparatı və qəzetin jurnalist kollektividir.

«Qeyrət qalası» qəzeti 2004-cü ilin yanvarından ayda bir dəfə olmaqla işıq üzü görür. Qəzet qəhrəmanlıq, mərdlik və vətənpərvərlik qəzetidir. Əsas mövzusu xalqımızın qəhrəmanlıq tarixi, Qarabağ müharibəsi, bu müharibənin qəhrəmanları, ağrıları, itkiləri, şəhidlərimizin şərəfli ömür yoludur.

«Qeyrət qalası» qəzetinin təsisçisi Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi Ağdam rayonu şöbəsidir.

Baş redaktoru Baxşeyiş Hətəmovdur. Yerləşdiyi ünvan: Ağdam rayonunun Quzanlı kəndi.

Rayonda «Azərbaycan», «Respublika» və «Xalq» qəzetlərinin daimi müxbir postları fəaliyyət göstərir. «AzTV-1», «ANS», «LİDER», «SPACE», eləcə də «ATV» kanallarının daimi zona müxbirləri işləyir.

Rayonda Azteleradio İstehsalat Birliyinin quraşdırdığı ötürücü stansiya Xındırıstan kəndində fəaliyyət göstərir ki, bunun da nəticəsində rayonun butun ərazisində Azərbaycan Dövlət Televiziyası verilişləri yayımlanır.

Advertisements

Advertisements