IT Team tərəfindən göndərildi | İyul 15, 2010

Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr

Erməni işğalı nəticəsində rayonun ərazisində movcud olan coxlu sayda tarixi, mədəni və dini abidələr vəhşicəsinə dağıdılmışdır. Rayonun Xacındərbənd kəndindəki 1314-cu ildə tikilmiş Qutlu Sarı Musa oğlu Kumbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Turbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid Kumbəz və Məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cumlədən Xan qızı Natəvanın və onun oğlunun Turbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.

Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdılmışdır.

Advertisements

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: