IT Team tərəfindən göndərildi | İyul 15, 2010

Avtomobil,dəmir yolları,Tarixi və memarlıq abidələri

Rayonun ərazisindən Bakı-Xankəndi marşrutu üzrə dəmiryol xətti, eləcə də Xankəndi və Fizuli rayonuna gedən avtomobil yolları keçirdi ki, həmin ərazi işğal altındadır. Ağdam rayonunun ərazisində qədim tarixə malik olan coxlu memarlıq və incəsənət abidələri vardır.
Ağdam şəhərinin şimal-şərqində yerləşən Üzərlik Təpə abidəsi, rayonun Xacındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kumbəzi (1314-cu il), Kəngərli kəndindəki türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi memarlıq abidələri bu ərazinin qədim Azərbaycan torpağı olduğunu təsdiq edir. Tariximizin sirdaşı, ünvanı olan bu abidələr Ağdamın keçmişinin qaranlıqlarına işıq saçır, dünənimizdən bu günümüzə soraq verir.

Advertisements

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: