IT Team tərəfindən göndərildi | İyul 10, 2010

Ağdam Qəhrəmanları 4-cü hissə

Muxtar Cahid oğlu Qasımov 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində müəllim ailəində anadan olmuşdur.1963-cü ildə Qasımovlar ailəsi öz ata-baba yurdları Ağdam rayonuna qayıtmışlar.1974-cü ildə orta məktəbi bitirmiş, 1975-ci ildə ATİ-na qəbul olunmuş, 1981-ci ildə institutu bitirərək DQMV gələrək Xankəndində Təcili Yardım Stansiyasında həkimlik fəaliyyətinə başlamışdır.1988-ci ilin fevralında ermənilər iğtişaşlar törətdikdən sonra Ağdam RMX-na gələrək reanimasiya şöbəsində həkim işləmişdir.Ermənilərin təcavüzünə dözməyərək 1992-ci ilin Xocalı faciəsindən sonra Ağdam Hərbi Səhra Cərrahiyə Hospitalına gələrək əsgərlərimizə tibbi xidmət göstərmək arzusunda olduğunu bildirmişdir.Döyüş zamanı yaralanan əsgərlərimizə daha çevik və operativ tibbi xidmət göstərmək məqsədilə Muxtar Qasımov ön cəbhədə olur və bunun nəticəsində neçə-neçə döyüşçülərimizi ölümün pəncəsindən xilas edərək həyata qaytarmış , daim döyüş ruhunun yüksəldilməsinə çalşmışdır..Lakin iyun ayının 16-da düşmən gülləsinə tuş gələrək həlak olmuşdu.Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. 

Əlabbas Qara oğlu İsgəndərov 25 iyun 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur.Hər kəs kimi Əlabbas da yüksək amallarla dinc həyat sürürdü.Ancaq ermənilərin sərsəm “Böyük ermənistan “ xülyası hamı kimi Əlabbasın da dincliyini pozdu.Bu haqqsızlığa tab gətirə bilməyib polkovnik –leytenant Şirin Mirzəyevin taburunda kəşfiyyat bölüyünə yazıldı.Daim verilən tapşırıqların öhtəsində gələn mərd döyüşçü üzərinə düşən vəzifəni layiqincə yerinə yetiridi.Növbəti tapşırığı Qazançı kəndinə hücum əməliyyatı hazırlanarkən almış Ə.İsgəndərov bir gecəyə düşmənin bütün mövqelərini dəqiqliklə öyrənib alay komandirinə məlumat çatdırdı və 4 mart 1992-ci ildə keçirilən döyüş əməliyyatında özü də iştirak edərək öndə getdi.Cəsur döyüşçülərimiz vuruşa-vuruşa irəliləyir, düşmən yuvasına od vururdular.Qarşıdakı evlərin birində pulemyot susmaq bilmirdi, döyüşçülərimizə itkilər verirdi.İgid döyüşçümüz avtomatıı sinəsinə çıxıb düşməni susdurdu.Əfsanəvi qəhrəman özü də düşmən gülləsinə tuş gəldi, lakin bir daraq gülləni düşmənin bədəninə dolduraraq onu da məhv etdi.Xalqımızın qeyrətli oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü .

Fazil Umud oğlu Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuş, 1972-ci ildə köçərək Ağdam rayonunun Abdal-Gülablı kəndində məskunlaşmışdılar.1984-cü ildə Gülablı kənd orta məktəbini bitirmiş sonra hərbi xidmətə yollanmışdır.Mənfur ermənilərin haqqsız torpaq iddialarına dözməyən, qəlbi düşmənə qarşı nifrətlə dolu olan F.Mehdiyev 1990-cı ilin oktyabrında Ağdam Polis İdarəsinin post-patrul alayına işə düzələrək Vətənin müdafiəsinə başlamışdı.O, Xocavəndin Qarabağlı, Əmrallar, Muğanlı, Şuşanın Kosalar, Xocalıda, Ağdamın Cinli, Əliağalı kəndlərində gedən döyüşlərdə iştirak etmişdi.21 sentyabr 1991-ci ildə xalqımızın igid oğlu Fazil Mehdiyev qəhrəmancasına həlak olmuşdu.Fazil Mehdiyev canından çox sevdiyi vətən naminə xidmətləri yüksək qiymətləndirlilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Advertisements

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: