My Aghdam – My Azerbaijan

Ağdam Qəhrəmanları 2-ci hissə

Advertisements

İxtiyar Qasım oğlu Qasımov 22 mart 1970 –ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olmuş, 1988-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirmiş, daha sonra Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnistitunun aqronomluq fakultəsinə daxil olmuşdu.Döyüş yolu Papravənd kəndində yaradılmış özünümüdafiə dəstəsindən başlayan İ.Qasımovun igidliyinin , mərdliyinin sorağı hər yana yayılmışdı.Milli ordumuzun 15 kilometrə qədər irəliləməsində , neçə-neçə kəndlərimizin düşməndən təmizlənməsində , erməni yaraqlılarının əsir götürülməsində göstərmiş olduğu qəhrəmanlıq və digər sayagəlməz xidmətləri yüksək qiymətləndirərək , 9 dekabr 1992-ci ildə ölkə Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhramanı adına layiq görülmüşdür. 

Natiq İlyas oğlu Əhmədov 01 sentyabr 1969-cu ildə Dağlıq Qarabağın Kosalar kəndində anadan olmuş, 1975-ci ildə köçüb Ağdam rayonunun Novruzlu kəndində məskunlaşmışlar.1987-89-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmət çəkmiş , idmanın karate və futbol növləri ilə məşğul olmuşdu.1990-cı il qanlı “ 20 yanvar “ faciəsini eşidən Natiq Əhmədov Riqa şəhərindən Vətənə dönmüşdü.O burada Xocalı rayon Polis Şöbəsi yol-patrul xidməti bölməsinə işə qəbul olundu və qısa müddətdən sonra bölmənin müfəttişi vəzifəsinə təyin edildi.O, daim öz qətiyyəti və mübarizliyi ilə ermənləri sarsıdırdı.1991-ci ilin sentyabr ayının 26 –da qəhrəmancasına həlak olmuşdu.Natiq Əhmədov dövlət, xalaq qarşısında misilsiz xidmətləri layiqincə qiymətləndirilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

Faiq Alış oğlu Ağayev 06 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində anadan olmuş, 1986-cı ildə kənd orta məktəbini bitirmişdi.1987-89-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur.Vətəninin ağır günündə onun müdafiəsində dayanmaq üçün Ağdam rayon Polis İdarəsinin nəzdində yaradılmış post-patrul alayına işə qəbul olunur.Müxtəlif döyüş əməliyyatlarında mətinliklə döyüşmüşdü.F.Ağayev Laçın , Kəlbəcər , Qubadlı,Cəbrayıl ,Zəngilan rayonlarında döyüşlərdə iştirak etmişdi.Quşu gözündən vuran Faiq erməniləri də sərrast atəşi ilə gözündən vuraraq o, dünyaya vasil edirdi .1991-ci il dekabrın 23-də gedən döyüşdə yaralanaraq həlak olmuşdu.Xalqın yaddaşına əbədi həkk olunmuş Faiq Ağayev Vətən, xalq yolunda misilsiz xidmətləri yüksək qiymətləndirilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

Advertisements

Advertisements