My Aghdam - My Azerbaijan

Ağdam Qəhrəmanları 1-ci hissə

Advertisements

Şirin Vəli oğlu Mirzəyev 05 may 1947-ci ildə Xankəndində anadan olmuş, 1965-ci ildə 4 saylı orta məktəbi bitirmişdir.1966-cı ildə hərbi xidmətə çağrılmış , 1967-ci ildə oaradan SSRİ DİN-in Ali Siyasi Məktəbinə göndərilmiş və 1971-ci ildə məktəbi bitirdikdən sonra 20 il müxtəlif hissələrdə qulluq etmişdir.1991-ci ildə polkovnik-leytenant Şirin Mirzəyev Vətənimizin ağır günündə azğın ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyərək ətrafına qeyrətli oğullarımızı toplayaraq Ağdam ərazi özünümüdafiə alayını yaratdı.Qısa vaxtda 836 saylı alayın ilk taburu nəink formalaşdırıldı, hətta döyüş müydanında şücaətlər göstərdi.18 iyun 1992-ci ildə Şirin Mirzəyev Xankəndinə gedəcək qələbə yolu hesab etdiyi Xaçın qəsəbəsində yerləşən taburun qərərgahından Əliağalı kəndindəki postlara qədər olan beş kilometrlik yolda minaya düşərək həlak olmuşdu.Xalqın qəhrəman oğlu polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev ən yüksək ada -Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

Allahverdi Teymur oğlu Bağırov 22 aprel 1946-cı ildə Ağdam şəhərində anadan olmuş, 1 saylı orta məktəbi bitirmiş , idmanın futbol növü ilə məşğul olmuşdu.Ermənilərin torpaq iddiası qaldıraraq təcavüzə başladıqları zaman genş vüsət almış xalq hərəkatının önündə Bağırov qardaşları dayanmışlar.Azərbaycan torpaqlarını azğın ermənilərdən müdafiə, işğaldan azad etmək üçün 1991-ci ilin oktyabrında Allahverdi Bağırov 845 saylı hərbi hissən yaradaraq , ətrafına qeyrətli Vətən oğullarını toplamışdı.12 iyun 1992-ci ildə Naxçivanik uğrunda gedən döyüşdə qələbə qzandıqdan sonra Ağdama çağrılan cəsur komandir yolda baş verən qəfil partlayış nəticəsində həlak olmuşdu.Qorxmaz komandir Allahverdi Bağırov ən yüksək ada: Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

Asif Yusif oğlu Məhərrəmov ( Fred Asif) 27 iyul 1952-ci ildə Ağdam rayonunda anadan olmuş, idmanın boks və futbol növləri ilə məşğul olmuşdur.Nankor ermənilərin 1988-ci ilin fevralından torpaq iddiası irəli sürdükləri vaxtdan A.Məhərrəmov milli azadlıq hərəkatının önündə olmuşdu.O, qardaşlarını , dostlarını ətrafında birləşdirərək “ Haqq cəbhəsi” birliyini yaratdı.Asif Məhərrəmov xalqın gözləri qarşısında əfsanəvi Fred Asifə çevrildi.Ölümü ilə ölümsüzlüyə qovuşan , üzərində qanları tökülmüş torpaqları bizlərə Vətən edənlər ,Vətənimizin qeyrət simvolu igid əsgərlərimiz Fred Asifin komandiriyi ilə Şelli, Aranzəmin, Naxçivanik, Abdal-Gülablı , Pircamal, Ağbulaq, Dəhraz və neçə-neçə kəndlərin düşməndən azad edilməsi uğrunda qəhrəmanlıqlar göstərmişlər.Asif Məhərrəmov ağır xəstəlikdən 01 iyul 1994-cü ildə Yaltada əbədiyyətə qovuşmuşdur.Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü

Advertisements

Advertisements