My Aghdam - My Azerbaijan

Ağdam Qəhrəmanları 3-cü hissə

Advertisements

Nadir Alış oğlu Əliyev 30 iyun 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndinin Kolanı obasında dünyaya gəlmiş, 1981-ci ildə Bakı Poltexnik Texnikumunu bitirmiş və elə həmin ildə BDU-nin hüquq fakultəsinə daxil olmuşdu.Hərbi xidmətdə olarkən təhsilini dayandırmadan 1986-cı ildə SSRİ DTK-nin ali məktəbinə qəbul olmuş və 1991-ci ildə həmin məktəbi, 1993-cü ildə isə hüquq fakultəsini bitirmişdi.Erməni vəhşiliklərindən hiddətə gəlmiş Nadir Əliyev leytenant rütbəsi ilə MTN-nin Ağdam –Ağcabədi şöbəsində xidmət edir.Nadir Əliyev gecələr kəşfiyyata çıxır , ermənilərin məntəqələrinin yerini dəqiqləşdirir lazımı yerlərə məlumat verirdi.Leytenant Nadir Əliyev 836 saylı Ağdam ərazi özünmüdafiə alayının komandiri Şirin Mirzəyevlə çiyin-çiyinə verərək hücum əməliyytaları hazırlayır və əməliyyatın uğurla keçirilməsində var qüvvəsini əsirgəmirdi.İyulun 22-də düşmən Qiyaslı kəndi istiqamətindən Ağdama hücuma keçdi vətənin igid oğlu baş leytenant Nadir Əliyev döyüşdə sinəsindən üç güllə yarası alaraq həlak oldu.Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. 

Baxşeyiş Xanəhməd oğlu Paşayev 01 may 1936-cı ildə Ağdam rayonun Əhmədavar kəndində anadan olmuşdur.Ağdam Kənd Təsərrüfatının Mexanikiləşdirilməsi və Elektrikləşdirilməsi texnikumunu bitirmiş və daha sonra qəlbən sevdiyi sürücülük peşəsinə yiyələnərək 1969-cu ildən 25 saylı SMD –də sürücü kimi fəaliyyətə başlamışdır.1991 –ci ildə ermənilərin torpaqlarımıza təcavüz etməsinə dözməyərək Yaqub Rzayevin ətrafında birləşərək düşmənə qarşı döyüşdü.863 saylı hərbi hissə Ağdamın müdafiəsində 19-cu müdafiə postundan başlayaraq Yeddixırman dağ yüksəkliyinə qədər ərazidə mətinliklə vuruşaraq düşmənə sarsıdıcı zərbələr vururdu ki, sözsüz ki, burada hər yeri beş barmağı kimi tanıyan kəşfiyyat qrupunun rəhbəri ,cəsur döyüşçü Baxşeyiş Paşayevin qiymətsiz xidmətləri olmuşdu.12 iyun 1992-ci ildə 863 saylı hərbi hissəyə Xanabad kəndini ələ keçirmək tapşırığı verildi.Lakin həmin döyüşdə həlak oldu.Baxşeyiş Paşayev Vətən qarşısında yüksək xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

Yelmar Şahmar oğlu Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdu, 1965-ci ildə kənd orta məktəbini bitirmiş 1968-70-ci illərdə hərbi xidmət çəkmişdir.İdmanın sambo növü ilə məşğul olmuşdu.Mənfur ermənilərin qəddarlığı hər kəs kimi Yelmar Edilovu da hövsələdən çıxardı.1992-ci ildə Edilovlar bir yerə toplaşaraq Şirin Mirzəyevin əmri ilə “diversiya” qrupu yaratdılar və Yelmar Edilov qrupun komandiri təyin olundu.Hər bir tapşırığı məharətlə yerinə yetirən qrupun və komandirinin adı qısa vaxtda əfsanəyə çevrilib dillərə düşdü.1994-cü ilin aprelində Ümummilli lider Heydər Əliyevin Beylaqan rayonunda hərbi hissə komandirləri ilə görüşündə ayın 11-də ermənilərin güclü hücum əməliyyatları keçirəcəkləri məlumatı verilmişdi.Aprelin 11-də ermənilər cəbhə boyu hücuma keçdilər.Plemyotu sinəsinə sıxıb düşmənə göz açmağa imkan verməyən cəsur komandirə tank mərmisi tuşlandı və qəhrəmancasına əbədiyyətə qovuşdu.Vətən naminə xidmətləri yüksək qiymətləndirilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Advertisements

Advertisements